İnsanlara hürriyət, millətlərə istiqlal!

Qanvermə aksiyası ilə bağlı MÜHÜM MƏLUMAT

Azərbaycanda Aşura Günü ilə bağlı könüllü qanvermə aksiyası davam edir. Aksiya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə həyata keçirilir.

5 iyul 2025-ci il tarixində səhər saatlarından etibarən paytaxt və bölgələrdə yerləşən qanvermə məntəqələrində vətəndaşlar aksiyada fəal iştirak edirlər.

Saat 10:00-a olan məlumata əsasən, ümumilikdə 362 nəfər könüllü qan verib. Bu şəxslərdən ümumilikdə 162,9 litr qan tədarük olunub.

Builki aksiyalar ölkənin 30 şəhər və rayonu üzrə ümumilikdə 38 məntəqədə təşkil edilib. Qanvermə məntəqələrinə 23 məscid və ziyarətgahla yanaşı, 15 tibb müəssisəsi də daxildir.

Qanvermə aksiyaları səhər saat 08:00-dan etibarən başlayıb və gün ərzində davam edir.

ХХХ

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə bağlı və qana ehtiyacı olan xəstələrə yardım məqsədilə Azərbaycanda könüllü qanvermə aksiyası keçirilir.

Saat 12:00-a olan məlumata əsasən, ümumilikdə 1424 nəfər könüllü qan verib. Bu şəxslərdən ümumilikdə 640,8 litr qan tədarük olunub.

ХХХ

Aşura günü ümumilikdə 2696 nəfər könüllü qan verib. Bu şəxslərdən ümumilikdə 1213.2 litr qan tədarük olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR