Onlayn ictimai-siyasi qəzet
İsveçin Göteborg şəhərində dünyanın ən böyük yeniyetmə futbol turnirlərindən biri olan “Gothia Cup 2025” start götürüb. Azərbaycanın fəxri, Qarabağ FK-nın U-17 komandası artıq turnirdə iştirak etmək üçün İsveçdədir!
Musavat.com xəbər verir ki, bu mötəbər yarış hər il 80-dən çox ölkədən minlərlə gənc futbolçunu bir araya gətirir. Qarabağ U-17 komandası üçün bu, yalnız meydanda qələbə qazanmaq deyil, həm də Azərbaycanı dünya arenasında layiqincə təmsil etmək, üçrəngli bayrağımızı dalğalandırmaq fürsətidir.
Göteborg hava limanında İsveçdə yaşayan azərbaycanlılar, Azərbaycan Qarabağ Mərkəzi və bir çox soydaşlarımız futbolçularımızı böyük coşqu ilə qarşılayıblar, onlara uğurlar arzulayıblar. Bildirilir ki, turnir müddətində həmvətənlərimiz stadionlara axışaraq Qarabağımızın gənclərinə güclü mənəvi dəstək verəcəklər.
Qarabağ FK-nın rəhbərliyi, məşqçilər heyəti və futbolçuları qarşıdakı oyunlarda Azərbaycanın adını bir daha ucaldacaqlarına, ölkəmizin şərəfini qoruyacaqlarına söz verirlər.
Qarabağ Azərbaycandır!
Azərbaycan futboluna, Qarabağımızın gənclərinə dəstək olaq!
Musavat.com
14 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ