Onlayn ictimai-siyasi qəzet
Qaraciyər insan orqanizmində ən önəmli orqanlardan biridir. O, qanı zərərli maddələrdən təmizləyir, maddələr mübadiləsini tənzimləyir və ümumi sağlamlığın qorunmasında mühüm rol oynayır.
Musavat.com xəbər verir ki, düzgün qidalanmamaq, stress və ətraf mühitin təsirləri səbəbindən qaraciyərin fəaliyyəti zəifləyə bilər. Mütəxəssislər bildirirlər ki, bəzi təbii qidalar qaraciyərin özünü bərpa etməsinə və toksinlərdən təmizlənməsinə kömək edir.
Musavat.com qaraciyəri təmizləməyə kömək edən 5 əsas qidanı təqdim edir:
Limon
Limon C vitamini və antioksidantlarla zəngindir. Səhərlər bir stəkan ilıq limonlu su içmək qaraciyərin detoks prosesini sürətləndirir, həzm sistemini stimullaşdırır və toksinlərin bədəndən çıxmasına yardım edir.
Sarımsaq
Sarımsaqın tərkibindəki allisin və selen kimi maddələr qaraciyərin təmizlənmə funksiyasını dəstəkləyir. O, qaraciyərin fermentlərini aktivləşdirir və zərərli maddələrin bədəndən çıxarılmasına kömək edir.
Yaşıl yarpaqlı tərəvəzlər
Ispanaq, kahı, kələm kimi yaşıl yarpaqlı tərəvəzlər orqanizmdəki ağır metalları və pestisidləri neytrallaşdırmağa yardım edir. Onlar qaraciyərin yükünü azaldır və onun sağlam fəaliyyətini qoruyur.
Zəncəfil
Zəncəfil iltihab əleyhinə təsiri ilə tanınır və qaraciyərin bərpa olunmasına müsbət təsir göstərir. Zəncəfil çayı qan dövranını yaxşılaşdırır, həzmi stimullaşdırır və toksinlərin çıxarılmasını dəstəkləyir.
Qreypfrut
Qreypfrut flavonoidlər və C vitamini ilə zəngindir. Onun tərkibindəki naringenin və naringin maddələri qaraciyərin təmizlənmə prosesini sürətləndirir, orqanizmin immunitetini gücləndirir və iltihabı azaldır.
Musavat.com
11 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ