İnsanlara hürriyət, millətlərə istiqlal!

Qatil qəbiristanlıqda təlim keçirmiş

Bu gün Ermənistanın Armavir vilayətinin Merdzavan qəsəbəsində baş verən iki qətllə bağlı ibtidai istintaq çərçivəsində istintaq hərəkətləri həyata keçirilib.

Musavat.com bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən yerli mediaya açıqlama verilib.

Təqsirləndirilən şəxsin göstərdiyi yerə baxış keçirilib. Qatil ifadə verərkən deyib ki, o, atəş açmağı əvvəlcədən öyrənib.

Konkret olaraq, Parakar icmasının rəhbəri Volodya Qriqoryanın dəfn olunduğu Merdzavan qəbiristanlığında xüsusi əməliyyatlar keçirilib.

İstintaqın başa çatmasına və müttəhim Gevorq Arutyunyanın cəzaçəkmə müəssisəsinə qaytarılmasına baxmayaraq, polis Volodya Qriqoryanın məzarı başında polis keşik çəkməkdə davam edir.

Hadisə şahidlərinin verdiyi məlumata görə, araşdırma zamanı Gevorq Arutyunyan qəbiristanlıqda avtomatdan atəş açmağı öyrəndiyini bildirib.

Xatırladaq ki, sentyabrın 23-də gecə yarısı Parakarın rəhbəri Volodya Qriqoryan və onun dostu, polis əməkdaşı Karen Abramyan Merdzavandakı evlərinin yaxınlığında güllələnib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR