Onlayn ictimai-siyasi qəzet
Dünən Qazaxıstanın Almatı vilayətində əlaqə kəsilən hərbi helikopterin qalıqları tapılıb. Musavat.com Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, göyərtəsində üç ekipaj üzvü olan EC-145 hərbi helikopterinin axtarışına Müdafiə və Fövqəladə Hallar nazirliklərinin qüvvə və vasitələri cəlb olumuşdu.
Bu gün səhər açıqlanan məlumata görə, havadan aparılan axtarışlar zamanı Almatı vilayətində Sorbulak gölünün akvatoriyasında helikopterin parçaları tapılıb: "Fövqəladə Hallar Nazirliyinin Komandanlıq Mərkəzinin Əməliyyat Qərargahında aparılan kosmik monitorinq zamanı Almatı vilayətində Sorbulak gölünün akvatoriyasında yanacaq xarakteri daşıdığı ehtimal olunan ləkə qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin xilasedicilərindən ibarət qrup dərhal qeyd olunan əraziyə çıxarılıb. Axtarışlar gecə saatlarında davam etdirilib. Ərazidən Qazaxstan Hava Hücumundan Müdafiə Qoşunlarının helikopterinə aid olan qalıqlar aşkar edilib”.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, xilasedicilər xüsusi texnika - əks-səda cihazlarından, PUA-lardan və sualtı dronlardan istifadə etməklə hadisə yerində işləyirlər. Axtarış-xilasetmə işlərinə Fövqəladə Hallar Nazirliyinin 200-ə yaxın canlı qüvvəsi, 40-a yaxın texnikası, 15 su gəmisi, 4 kinoloji bölməsi və iki təyyarəsi cəlb olunub.
Musavat.com
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ