Onlayn ictimai-siyasi qəzet
İssık-Kul gölü sahilində yerləşən Çolpon-Ata şəhərində Qırğızıstan Xarici İşlər Nazirliyinin rəhbəri Jeenbek Kulubayevin sədrliyi və KTMT-nin baş katibi İmanqali Tasmaqambetovun iştirakı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, iştirakçılar beynəlxalq və regional vəziyyəti və onun üzv dövlətlərin təhlükəsizliyinə təsirini müzakirə ediblər. Ermənistan tədbirdə iştirakdan növbəti dəfə imtina edib.
KTMT Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl Qırğızıstan prezidenti Sadır Japarov artan geosiyasi gərginlik şəraitində ölkənin regional təhlükəsizliyin təmin edilməsində rolunu vurğulayaraq, mühüm infrastrukturun və informasiya məkanının yeni təhdidlərdən qorunması üçün birgə tədbirlərin görülməsinin zəruriliyini qeyd edib.
Siyasi elmlər doktoru Alikbek Cekşenkulov Qərbin Ermənistandan alət kimi istifadə edərək KTMT və Aİİ-ni parçalamaq cəhdlərini əsas çağırış adlandırıb. Onun sözlərinə görə, bu cür cəhdlər əbəsdir və Ermənistan rəhbərliyi xarici siyasət kursunu müəyyənləşdirərkən şirnikləndirici, lakin aldadıcı vədlərə uymaq əvəzinə, ölkənin geosiyasi mövqeyini nəzərə almalıdır.
Musavat.com
01 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ