Onlayn ictimai-siyasi qəzet
Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilani Azərbaycana səfərə gəlib.
Məqsəd Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etməkdir.
Senat sədrini Heydər Əliyev Beynəlxalq Hava Limanında Milli Məclis sədrinin müavini Musa Qasımlı, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamaləddin Qafarov və digər rəsmi şəxslər qarşılayıblar.

28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ