İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qərb Ermənistanın təhlükəsizliyini təmin edə bilməz”

“Qərb Ermənistanın təhlükəsizliyini təmin edə və ona real zəmanət verə bilməz”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan danışıb.

“Mən düşünmürəm ki, amerikalılar və ya avropalılar Ermənistanın təhlükəsizliyini təmin edə bilər. Əgər bu mümkündürsə, qoy sənəd imzalasınlar. Sadəcə deməsinlər ki, “Ermənistanı təhvil verin”, əksinə, qoy Avropa İttifaqı zəmanət versin, mal təchizatı qrafikini, hərbi bazaları və s. göstərən konkret sənəd təqdim etsin”, - deyə Abramyan bildirib.

Onun sözlərinə görə, indiyədək Qərbin əsas tələbi İrəvanda Rusiyanın hərbi bazasını bağlamasını istəmək olub:

“Zəmanət o zaman olur ki, konkret şəkildə imzalanır, yazılır və yol xəritəsi təqdim olunur. Sadəcə danışıqla olmaz. Nə etdilər? Oraya bir neçə onluqdan ibarət (Aİ müşahidə missiyası) göndərdilər. Bəs sonra? Halbuki Rusiya bazasında 3 min hərbçi var. Onlar deyirlər ki, “əvvəlcə bazanı çıxarın, sonra zəmanət barədə düşünərik”. Siz Qərbdə bunu bilmirsinizmi?”, - deyə Ara Abramyan qeyd edib.

Onun iddiasına görə, Qərb elitlərini yalnız antirus ritorika və bəyanatlar maraqlandırır, lakin əvəzində heç nə vermirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR