İnsanlara hürriyət, millətlərə istiqlal!

Qətərin Baş naziri ABŞ-a gedir

Qətərin baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani bu gün ABŞ prezidenti Donald Tramp və digər ABŞ rəsmiləri ilə görüşməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, məlumatı Amerikanın “Politico” qəzeti yayıb.

Bildirilir ki, Qətərin baş naziri Nyu-York və Vaşinqtona səfər edəcək. Onun Tramp, ABŞ-ın vitse-prezidenti J.D.Vens, dövlət katibi Marko Rubio və sülhməramlı missiyalar üzrə xüsusi elçi Stiven Vitkoffla görüşü gözlənilir. Onların İsrailin Dohaya endirdiyi zərbəni, həmçinin Qəzza zolağında hərbi əməliyyatlara son qoymaq üçün danışıqları müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, sentyabrın 9-da İsrail Dohada Fələstin radikal HƏMAS hərəkatının rəhbərliyinin üzvlərini vurub. Əmirliyin Daxili İşlər Nazirliyinin məlumatına görə, zərbə nəticəsində bir təhlükəsizlik əməkdaşı həlak olub, bir neçə nəfər isə yaralanıb. HƏMAS danışıqlarda iştirak edən nümayəndə heyəti üzvlərinin həlak olması ilə bağlı mətbuatda daha əvvəl yayılan xəbərləri təkzib edərək, hücumda Qəzza zolağındakı hərəkatın liderlərindən birinin oğlu Xəlil əl-Heyinin, həmçinin Qətər təhlükəsizlik qüvvələrinin üzvü də daxil olmaqla altı nəfərin öldüyünü etiraf edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR