İnsanlara hürriyət, millətlərə istiqlal!

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

İyulun 3-ü saat 19:00-a olan faktiki hava açıqlanıb.

Musavat.com Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyulun 3-ü saat 19:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.

Daşkəsən, Gədəbəy, Qusarda arabir yağış yağır.

Küləyin maksimal sürəti

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Culfada 22, Neftçalada 21, Bakıda və Abşeron yarımadasında 20, Naftalanda 18 m/s-yə çatır.

Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 7-dək davam edəcəyi gözlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2025

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR