Onlayn ictimai-siyasi qəzet
Möcüzəli Naftalan Sağlamlıq Mərkəzinin rəhbəri Qoca Əmiraslanovun evindən külli miqdarda oğurluq edilib.
Musavat.com xəbər verir ki, mənzildən 100 min manatdan çox oğurluq edilib.
Oğurluğa görə 3 nəfər həbs edilib. Onlardan biri Qoca Əmiraslanovun xanımının xalası oğlu olub.
Oğurluq hadisəsi Əmiraslanovlar ailəsinin restoranda olduğu gün baş verib. Onlar restoranda olan zaman Əmiraslanovun xanımı İlkanənin doğum gününü qeyd edirmişlər. İlkanə Əmiraslanovanın xalası oğlu bunu fürsət bilərək onun maşınından evin açarını götürərək tanışına verib.
Əmiraslanovlar restoranda olan zaman onların mənzilinə daxil olaraq 60 min manat nağd pul və 50 min manata yaxın qızıl-zinət əşyaları götürüblər.
İlkin Muradov
Musavat.com
29 May 2025
28 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ