Onlayn ictimai-siyasi qəzet
Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa indi də hazırdır.
Musavat.com xəbər verir ki, bunu "RİA Novosti"yə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib.
O bildirib ki, İrəvanın heç bir məhdudiyyəti və əlavə şərtləri yoxdur.
M.Qriqoryanın sözlərinə görə, hazırda delimitasiya komissiyalarının növbəti iclasının konkret tarixi yoxdur.
"Buna baxmayaraq, tərəflərin qarşılıqlı fəaliyyət qaydasını müəyyən edən və tənzimləyən təsdiqlənmiş sənəd mövcuddur", - o əlavə edib.
Musavat.com
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ