İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəhman Xəlilov özü danışdı - VİDEO

Azərbaycanlı iş adamı İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilov “Railgo” şirkətinin Moskva ofisində axtarış aparılması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Musavat.com xəbər verir ki, Rəhman Xəlilov bu barədə video-müraciət yayımlayıb. O, Rusiyanın “Mash” Telegram kanalının yaydığı məlumatların əsassız olduğunu bildirib. 

“Rusiyanın “OOO REILGO” şirkətinin rəhbərliyi olaraq rəsmi şəkildə bəyan edirik ki, 25 iyul 2025-ci il tarixində şirkətimizin ofisində iş prosesi tam normal rejimdə davam edib. Həmin gün ofis və digər obyektlərimizdə heç bir istintaq və ya əməliyyat tədbiri həyata keçirilməyib”, – deyə Xəlilov qeyd edib.

Qeyd edək ki, “REILGO” neft və neft məhsullarının daşınması sahəsində fəaliyyət göstərən Rusiyadakı ən iri şirkətlərdən biridir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR