İnsanlara hürriyət, millətlərə istiqlal!

Renka motosikletinin qiymətini açıqladı - FOTOLAR

"Motosiklet sürmək çox rahatdır. İnsanın ruhu dincəlir. Bu motosikletlə Şuşaya, Füzuliyə, Zaqatalaya qədər getmişəm. Ailə ilə harasa gedəndə maşından istifadə edirəm. Amma özüm tək olanda mütləq motosiklet sürürəm".

Bu sözləri Axşam.az-a açıqlamasında rəqqasə Rəna Ağamuradova (Renka) deyib. Son illər motosiklet sürməyə başlayan sənətçi yaşadığı çətinliklərdən danışıb:

"Bizdə hələ də motosiklet sürmək qəbullanmayıb. Bizi çox sıxırlar. Hələ qız olduğum üçün lap çox. Ən çox da bu cür hallarla Mərdəkan yolunda rastlaşıram. Hərdən oturub ağlayıram. Maşın sürənlər motosiklet idarə edənlərə hörmət qoymurlar. Bir də baxırsan sıxmağa başlayırlar. Bu yaxınlarda işıqforda dayanmışam. Bir maşın gəlib düz ayağımın yanında dayanıb. Deyirəm ki, bu ayaqdır, qaz versəniz, mən həyəcanlanıb yıxılacağam. Niyə belə edirsiniz? Anlamırlar... düzdür, bizi başa düşən sürücülər də var..."

Renka motosikletinin qiymətini də açıqlayıb:

"Məşhur brendə məxsusdur. 20 min manata almışam. Amerikadan sifariş vermişəm. Əslində bir dənə motosikletim var. Azərbaycanda bunu almaq baha başa gəlir, ona görə də ala bilmirəm".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyul 2025

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR