İnsanlara hürriyət, millətlərə istiqlal!

Roma Papası dünya liderlərinə səsləndi: “Gəlin görüşək, danışaq, sülhə aparan yolu birgə tapaq”

Vatikan hərbi münaqişələrin həlli prosesində vasitəçilik etməyə hazırdır.

Musavat.com xəbər verir ki, bu barədə Roma Papası XIV Lev  bəyanat verib.

Pontifik çıxışında bildirib ki, dünya xalqları sülh istəyir və bu istəyi reallaşdırmaq üçün siyasi liderlər məsuliyyət daşıyır. “Xalq müharibə yox, sülh istəyir. Mən bütün qəlbimlə liderlərə səslənirəm: gəlin görüşək, gəlin danışaq, gəlin danışıqlar aparaq,” – deyə Papa vurğulayıb.

Papa Lev  Vatikanın neytral mövqeyini və mənəvi nüfuzunu əsas gətirərək bildirib ki, müqəddəs taxt dünya ölkələri arasında vasitəçi missiyasını yerinə yetirməyə hazırdır. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR