İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldu karyerasını bu klubda davam etdirəcək: Özü açıqladı

UEFA Millətlər Liqasının bu gecə baş tutan final oyununda İspaniyanı məğlub edərək (2:2, penaltilər 5:3) ikinci dəfə turnirin qalibi olan Portuqaliya millisinin 40 yaşlı hücumçusu Kriştianu Ronaldu karyerasını harada davam etdirəcəyini açıqlayıb.

Onun sözlərini şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano belə çatdırıb:

"Prinsipcə nəsə dəyişməyəcək. "Əl-Nəsr"də qalırammı? Hə".

Ronaldunun Səudiyyə Ərəbistanı təmsilçisi ilə indiki müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq. Geridə qalan mövsümdə "Əl-Nəsr" forması ilə bütün turnirlərdə 41 matça çıxan Kriştianu 35 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.   (Fanat.Az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR