Onlayn ictimai-siyasi qəzet
“Hamısı bayağı oxuyur, amma hamısının da uşaqları ingilis dilli məktəbdədir. Yaxşı şeydirsə, niyə öz dilində oxutdurmursan? Qoy, sənin dilində olan məktəbə getsin, sənin mahnılarını orada eşitsin. Mənim uşağım sizi tanımır, ancaq xariciləri tanıyır. Çünki sizdən qorumaq üçün, bəs sən kimdən qoyursan uşağı aparıb ora qoyursan?”
Musavat.com xəbər verir ki, bu sözləri “Hərşeyşünas” podkastının mövsüm finalında qonaq olan Xalq artisti Röya Ayxan deyib.
O bildirib ki, bayağı musiqilərin qarşısını almaq sənətçilərdən deyil, televiziya və kanal rəhbərlərindən asılıdır:
“Bayağı musiqidən nə qədər danışsaq da, bir şey edə bilməyəcəyik. Bunu kanal rəhbərləri bilər. Biz, yəni radio tərəfi, öz işini gözəl görür. Cavan qızlara baxıram – gözəl, qəşəng qızlardır, səsləri də pis deyil. Bəlkə seçimləri pisdir, bəlkə onlara belə başa salırlar”.
Röya gənc ifaçılara da səslənərək dəyişiklik etməyə çağırıb:
“Əzizlərim, gözəl xanımlar, istəmərəm birinizin xətrinə dəymək. Amma nəfs çox pis şeydir. Ruzi də elə bir şeydir ki, Allah deyir: “Mən özüm bilərəm kimə nə verərəm”. Bir yoxlayın dəyişməyi. Mən lirikaçıyam. Mən lirika ilə nə qazanacağam? Gedib gəlinlə bəyi ağladım bütün günü? Bir yoxlayın da…”
O, bayağı mahnı anlayışına da fərqli baxdığını qeyd edib:
“Mən həmişə deyirəm: bayağı mahnı yoxdur, onun pis təqdimedicisi var. Vallah, götürərəm birinizin mahnısını, oxuyaram və sübut edərəm ki, siz onu pis təqdim edirsiniz”.
Sənətçi ifaçıların bəzən maddi qorxularla səviyyəli musiqidən uzaqlaşdıqlarını bildirib:
“Qorxurlar ki, qulaq asmazlar, toya çağırmazlar. Əşi, bir il yığdınız – maşallah, maşınlarınız, evləriniz var. İndi bir az da az qazan. Çünki ən çox siz rayonlara gedirsiniz, orada da böyüyən uşaqlar var axı…”
Könül
Musavat.com
04 Iyun 2025
03 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ