Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, tanınmış müğənni Röya Ayxan sosial şəbəkələrdə yayılan son videosu ilə növbəti dəfə gündəmə gəlib. Videoda sənətçi barəsində yazılan rəylərə, mesajlara və sosial mediada ona yönəlmiş tənqidlərə qeyri-etik jestlə cavab verib.
Röya əlini yançağına doğru uzadaraq, “Məni yazanları, mesaj atanları, sosial mediada danışanları bu yerimə də almıram!” – deyə bildirib.
Sözügedən video sosial platformalarda sürətlə yayılıb və istifadəçilər arasında geniş müzakirələrə səbəb olub. İzləyicilər bu davranışı birmənalı qarşılamayıb – bəziləri sənətçini sərt şəkildə tənqid edib, digərləri isə onun ifadə azadlığını müdafiə edib.
Qeyd edək ki, Röya Ayxan bundan əvvəl də bənzər qalmaqallı çıxışları, səhnə davranışları və sosial mediada paylaşdığı videolarla müzakirə mövzusuna çevrilmişdi. Sənətçinin zaman-zaman sərt reaksiyaları və açıq-aşkar ifadələri ilə medianın diqqətində qalması artıq adi hala çevrilib.
Musavat.com
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ