Onlayn ictimai-siyasi qəzet
"Röya alimenti nə edir? Niyə Röyaya aliment verirəm, oğluma verərəm. Röyaya aliment vermirəm”.
Musavat.com xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov deyib.
"TikTok" hesabında canlı yayım açan Anar izləyicilərin suallarını cavablandırıb:
"Röyanın məndən aliment tələbi heç zaman olmayıb. Amma Hüseynə hər zaman, nə lazım olsa, edirəm".
O sonra sevgi haqqında danışıb:
“İnsan bir dəfə sevir. Əsl sevgi bir dəfə olur. Sonrakılar da sevgidir. Amma ən güclüsü bir dəfə olur”.
Könül
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ