Onlayn ictimai-siyasi qəzet
Rumıniya İsrailin Rafael Advanced Defence Systems şirkəti ilə 2,3 milyard avro dəyərində qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin alınması üçün çərçivə sazişi imzalayıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı Rumıniya Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, saziş tərəflərə üç müqavilə imzalamağa imkan verəcək ki, onlara əsasən Buxarest altı hava hücumundan müdafiə sistemi ala biləcək. Söhbətin hansı sistemlərdən getdiyi.
Müqavilələrin şərtlərinə, həmçinin hava hücumundan müdafiə sistemlərindən istifadə üzrə hərbçilər üçün təlimlər, döyüş sursatlarının tədarükü və maddi-texniki təminat daxildir.
İlk iki hava hücumundan müdafiə sisteminin ilk müqavilənin imzalanmasından sonrakı üç il ərzində Rumıniyaya çatması gözlənilir. Çərçivə sazişi yeddi il müddətinə nəzərdə tutulub.
Musavat.com
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ