Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Xarkov şəhəri İran istehsalı olan “Şahed” kamikadze dronlarının növbəti hücumuna məruz qalıb. Musavat.com UNİAN-a istinadən xəbər verir ki, şəhər meri İqor Terexov sosial şəbəkələrdə gecə saatlarında baş verən hücumun görüntülərini paylaşaraq vəziyyətin ağırlığını ictimaiyyətə çatdırıb.
Rəsmi məlumata görə, hücum nəticəsində təxminən 20 nəfər xəsarət alıb. Yaralılar arasında uşaqlar və hamilə qadın da var. Yaralıların bir neçəsinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları və xilasetmə xidmətləri cəlb olunub.
Dron zərbələri nəticəsində bir neçə yaşayış binası və infrastruktur obyektləri zədələnib. Şəhərdə bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
“Hörümçək toru” kod adlı əməliyyat nəticəsində Ukrayna xüsusi xidmət orqanları Rusiya strateji aviasiyasının 40-dan çox təyyarəsini sıradan çıxarıb, onlardan 10-13-ü tamamilə məhv edilib. NATO-nun yüksək rütbəli nümayəndəsinin bəyanatına istinadla “DW” məlumat yayıb.
Onun sözlərinə görə, zədələnmiş və məhv edilmiş təyyarələr arasında 15 Tu-95 strateji bombardmançı, 12 Tu-22M3, eləcə də ən azı bir A-50 hava desant erkən xəbərdarlıq təyyarəsi var. Rusiya ordusunda cəmi beş belə təyyarə mövcuddur.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2023-cü ilin əvvəlinə Rusiyanın 130 strateji təyyarəsi olub: 60 Tu-22M3 (uçuş mənzili 6500 km-ə qədər), 15 Tu-160 və 55 Tu-95 (hər ikisi - 10.000 km-ə qədər). Beləliklə, “Hörümçək toru” əməliyyatı NATO-nun Rusiyanın Ukraynanın mülki hədəflərinə hücumlarının “işçi atları” adlandırdığı strateji qanadlı raket daşıyıcıları olan təyyarələrin 30%-dən çoxunu sıradan çıxarıb.
"Bu, mülki əhaliyə qarşı müharibədə fəal iştirak edən hədəflərə zərbədir. İşğalın əvvəlindən bu təyyarələr Ukraynanın infrastrukturunu və yaşayış məntəqələrini vuran 3000-dən çox qanadlı raket buraxıb", - alyans nümayəndəsi iyunun 4-də Brüsseldə keçirdiyi brifinqdə deyib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi hərbi ekspert Telman Qasımovla müzakirə edir.
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ