İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus baş keşişdən islamofob çağırış - Müsəlmanlarla nikah haramdır?   

Bəs islam fərqli dinə malik insanlar arasında evliliyə necə baxır - İki rəy

Rus Pravoslav Kilsəsinin baş keşişi Kirill İvanov müsəlmanlarla nikahın qadağan olunduğunu açıqlayıb. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Kirillin sözlərinə görə, pravoslav xristianlara müsəlmanlarla evlənmək qadağandır və xristianlıq tarixində inanclı olmayan bir şəxslə nikahdansa ölümü üstün tutan dindarların nümunələri var. O, bu qadağa barədə özünün YouTube kanalında elan edib.

“Şərq nağılı” adlı videoçarxda keşiş bildirib ki, müasir Rusiyada dinlərarası nikahlar məsələsi “tam aktualdır” və çoxu radikal müsəlman olan miqrantların ölkəyə axını ilə bağlıdır. İvanov deyib ki, onun verdiyi məlumata görə, miqrantlar “bizim qızlarla” evlənməklə Rusiyanı İslam ölkəsinə çevirməyi planlaşdırırlar. O xatırladıb ki, müsəlmanlar bəzən sadiq ailə kişiləri kimi göstərilir, lakin öz ölkələrində miqrantların artıq həyat yoldaşı ola bilər.

Keşiş ruslara bildirib ki, Balkan yarımadasında “türk işğalı” zamanı guya yerli sakinlərin İslamı qəbul etməyə və ya müsəlmanla evlənməyə məcbur edildikdən sonra ölümü seçməsi halları olub. “Onlar özlərini paklıq və iman içində qorumaq istəyirdilər, müsəlmanlar tərəfindən təhqir edilməkdənsə, ölümü üstün tuturdular. Bu münasibət idi. Beləliklə, nəyin daha yaxşı olduğunu düşünün, müsəlmanla evlənmək və ya pravoslavlıqda qalaraq ölmək”, - Kirill çağırış edib.

Din xadimi iddia edib ki, xristianlarla müsəlmanlar arasında nikahın qadağan edilməsi Rus Pravoslav Kilsəsinin VII əsrin sonunda VI Ekumenik Şurada (Trullo) formalaşdırdığı rəsmi mövqeyidir. Bu iyerarxlar konqresinin 72-ci qətnaməsinə əsasən, pravoslav xristianlar və bidətçilər arasında nikaha icazə verilmir və bu, baş verdikdə ləğv edilməlidir.

Bundan əvvəl Rus Pravoslav Kilsəsi rus qadınların müsəlmanlarla münasibət qurmazdan əvvəl, hətta evlənmək niyyətində olmasalar belə, “100-500 dəfə düşünməyə” çağırmışdı.

Rusiya cəmiyyəti keşişi ciddiyə alacaqmı? Bəs islam fərqli inanca, dinə malik insanlar arasında nikaha necə baxır?

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu 

Dini mövzular üzrə araşdırmaçı jurnalist Kənan Rövşənoğlu “Yeni Müsavat”a deyib ki, indiki zamanda belə bir çağırışın ciddi nəticə verəcəyinə inanmaq çətindir: “Üstəlik, Rusiyada dindarlıq o qədər də güclü deyil. Ümumilikdə din hər bir cəmiyyət üçün mühafizəkardır, o cəmiyyəti yad təsirlərdən, o cümlədən digər dinlərdən qorumağa çalışır. Bu mənada rus pravoslav kilsəsinin rəhbərinin belə bir açıqlama verməsi normaldır, yəni qeyri-adi hadisə deyil. Eyni yanaşma İslamda da var, qadınların digər dinlərin ardıcılları ilə nikah qadağandır, yeganə şərt İslamı qəbul etməsidir. Tarixi hadisələrə gəldikdə, bu gün qədimdə baş verənlərə əsasən hökm vermək doğru olmaz, zaman, şərtlər fərqlidir. Tarixdə başqa din ardıcılı ilə ailə qurmaqdansa ölməyi seçmə nümunələri çox nadir ola bilər. Əlbəttə, əsarət və köləlik buna aid deyil. Məncə, rus cəmiyyətində çox ciddi mənəvi aşınma var - digər bir çox ölkələrdə olduğu kimi - buna görə də baş keşiş bu cür radikal çağırışlar etməklə cəmiyyətdə müəyyən bir həyəcan yaratmağa çalışır. Ancaq dediyim kimi, indi kilsə və dini institutların cəmiyyətlərə çox ciddi təsir imkanları yoxdur”.

Azər Hüseynov: “Azərbaycanın strateji tərəfdaş kimi cəlbediciliyi artırır”  | Hafta.az

Azər Hüseynov

Siyasi şərhçi Azər Hüseynov isə bildirib ki, rus qadınların müsəlmanlarla ailə qurması kimi hallar müxtəlif regionlarda təbii bir sosial proses kimi davam edir: “Bu cür münasibətlər, qarşılıqlı mədəni təsirlər və sosial inteqrasiya çərçivəsində qiymətləndirilə bilər”.

A.Hüseynov qeyd edib ki, Qurani-Kərim və fiqh qaydalarına görə müsəlman kişilərin kitab əhli olan qadınlarla evlənməsi mümkün sayılır: “Bu isə, dini qanunvericiliklə sosial reallıqlar arasında uyğunluq axtarışında əhəmiyyətli məqam kimi görünə bilər. Ümumilikdə, Keşiş İvanovun sosial mediada səsləndirdiyi fikirlər və bu kimi fərdi təşəbbüslər geniş miqyaslı dövlət siyasəti və ya ümumi cəmiyyət mövqeyi ilə tam eyniləşdirilə bilməz. Bu kimi hallar daha çox fərdi yanaşmalar çərçivəsində baş verir və onların cəmiyyətə təsiri konkret kontekstdən asılı olaraq dəyişə bilər. Müsəlman icması və digər dini icmaların bu cür hallara münasibəti isə daha çox təmkinli və hüquqi çərçivələr daxilində formalaşır. Hazırkı mərhələdə Rusiyada dini müxtəliflik və konfessiyalararası münasibətlər müxtəlif bölgələr və sosial təbəqələr üzrə fərqli formalarda mövcuddur. Belə bir şəraitdə fərdi çıxışlar və ictimai diskussiyalar, bütöv bir tendensiyanın göstəricisi kimi deyil, müəyyən fikri mövqelərin təzahürü kimi dəyərləndirilə bilər”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR