Onlayn ictimai-siyasi qəzet
PUA hücumu təhlükəsi səbəbindən Moskva hava limanlarında kütləvi gecikmələr hələ də davam edir.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Şeremetyevoda 10 (Həştərxan, Belqrad, Kazan, Samara, Orenburq, Ufa, Çelyabinsk, Murmansk, Perm və Minsk), Vnukovoda 12 reys ləğv edilib.
Türkiyəyə olan 12 reysin hamısı ləğv olunub.
“Domodedovo hava limanında insanların əksəriyyəti 33 saatdır uça bilmir. Uşaqlar aeroportlarda gecələyir, valideynləri isə informasiyanın verilməməsindən, otellərin olmamasından şikayətlənirlər. Əksər insanların əsəbləri dözmür, onlar ağlayır, aviaşirkətlərin rəhbərləri ilə dalaşırlar”, - məlumatda qeyd olunub.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız Real Partiyasının sədri Natiq Cəfərlidir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ