Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Almaniya üçün yaratdığı təhlükəni nəzərə almamaq olmaz.
Musavat.com xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Johann Vadepul “Funke Mediengruppe” nəşrinə müsahibəsində deyib: "Rusiya Almaniyada sülh və azadlıq içində olan həyatımızı birbaşa təhdid edir".
Onun sözlərinə görə, NATO-nun Haaqa sammiti zamanı müzakirə edilən müdafiə xərclərinin artırılması qərarı “düzgün və zəruridir”: "Rusiya prezidenti Vladimir Putin heç bir fərq qoymadan ukraynalıların mənəvi ruhunu bombalayır. Ukraynanın azadlığı avropalılar kimi bizim dayanıqlığımızın ən mühüm sınağıdır".
“Şpigel” jurnalının yazdığına görə, Vadepul Rusiyadan gələn təhlükə barədə dəfələrlə xəbərdarlıq edib. Xüsusilə, o, jurnalistlərə müsahibəsində deyib: “Qərb Moskvaya nə qədər ardıcıl qarşı çıxsa, Vladimir Putinin danışıqlara razılıq vermə ehtimalı bir o qədər yüksəkdir”.
Onun sözlərinə görə, “almanların azadlığı Ukraynanı silahla dəstəkləməyə davam etməyi tələb edir”.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ