İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya çeçen müxalifin anasını ağır şəkildə cəzalandırır

Çeçenistanın Şali şəhər məhkəməsində Zarema Musayevaya qarşı yeni cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Prokurorluq onu əvvəlki hökm əsasında cəzasını çəkdiyi koloniyada guya intizamı pozaraq müəssisənin fəaliyyətini "pozmaqda" ittiham edir.

Hüquq müdafiə təşkilatı “İşgəncələrə qarşı komanda”nın məlumatına görə, prokuror Musayevaya əlavə olaraq 4 il müddətinə koloniyada azadlıqdan məhrumetmə cəzası verilməsini tələb edir. Yeni cinayət işi çərçivəsində Musayeva 2024-cü ilin dekabrında həbs edilib. O, bundan əvvəl “dələduzluq” və “polis əməkdaşına qarşı zor tətbiq etmə” ittihamları ilə həbsdə idi.

Zarema Musayeva Çeçen hüquq müdafiəçiləri – Abubakar və İbrahim Yanğulbəyov qardaşlarının anası və Çeçenistan Ali Məhkəməsinin sabiq hakiminin həyat yoldaşıdır.

2022-ci ilin yanvarında güc strukturlarının əməkdaşları onu zorla Nijni Novqoroddan Çeçenistana aparmışdılar və ona qarşı “hakimiyyət nümayəndəsinə zor tətbiq etmə” maddəsi ilə cinayət işi açılmışdı. Musayeva isə həmin hadisə ilə bağlı bildirib ki, fiziki olaraq belə bir hərəkət etməsi mümkün deyildi.

Nəticədə məhkəmə onu 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi, lakin sonradan bu müddət azaldılmışdı. Oğullarından biri – Abubakar Yanğulbəyov dəfələrlə bəyan edib ki, anasını azad etmək naminə özünü onunla dəyişməyə hazırdır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR