Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Zaporojye vilayətində yerləşən Xoritsa adasında Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə “Geran-2” kamikadze pilotsuz təyyarəsi ilə zərbə endirdiyini açıqlayıb. Rəsmi məlumata görə, hücum nəticəsində adada yerləşən Ukrayna bölməsinin komanda məntəqəsi hədəfə alınıb və dağıdılıb.
Zərbənin görüntüləri Rusiya Müdafiə Nazirliyi tərəfindən yayımlanıb. Kadrlarda PUA-nın hədəfə yaxınlaşması və partlayış anı aydın şəkildə görünür.
Moskva iddia edir ki, bu əməliyyat Ukrayna bölmələrinin Dnepr çayının sol sahilinə doğru aktivləşdiyi bir vaxtda həyata keçirilib və taktiki üstünlüyün qorunmasına yönəlib.
Qeyd edək ki, “Geran-2” İran istehsalı olan “Shahed-136” PUA-larının Rusiyada adaptasiya olunmuş versiyasıdır və əsasən düşmənin komanda, texnika və hərbi infrastruktur obyektlərini məhv etmək üçün istifadə olunur.
Musavat.com
29 Iyul 2025
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ