Onlayn ictimai-siyasi qəzet
Dünyada neft tankerlərinə qarşı bir neçə müəmmalı hücum baş verib və bu hücumların dövlət tərəfindən dəstəklənən sabotaj kampaniyasının tərkib hissəsi ola biləcəyi ehtimal olunur.
Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Bu il 5 gəmi qəsdən təşkil olunmuş hücumların hədəfi olub. Sonuncu hadisə Yunanıstana məxsus “Vilamoura” tankerinin Liviyanın sahillərində partlayış nəticəsində maşın otağının su altında qalması ilə nəticələnib.
Bütün tankerlər hücumdan bir neçə həftə əvvəl Rusiya limanlarını ziyarət edib. Bu fakt dəniz təhlükəsizliyi üzrə ekspertlər arasında Ukraynanın bu hücumlarda əli ola biləcəyi barədə ehtimallara yol açıb. Onlardan biri bildirib: “Əvvəlcə hər şey Ukraynaya işarə edirdi.”
Lakin “Vilamoura” tankerinə hücumun digər hücumlardan fərqlənməsi bəzi mütəxəssisləri bu hücumların bəzilərinin arxasında fərqli diversant qrupların dayana biləcəyi qənaətinə gətirib.
Qeyd olunur ki, bu beş tankerdən dördü həm də Liviyanın limanlarına daxil olub, halbuki ölkədə davam edən vətəndaş müharibəsi fonunda vəziyyət olduqca gərgindir. Gəmilərin hamısının Malta sahillərində dayandığı və orada ehtiyatlarını yenilədiyi də sənədlərlə təsdiqlənib.
Musavat.com
03 Iyul 2025
02 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ