Onlayn ictimai-siyasi qəzet
Moldova prezidenti Maya Sandu sentyabrın 28-də keçiriləcək parlament seçkilərinə xaricdən müdaxiləni müzakirə etmək üçün bu gün Ali Təhlükəsizlik Şurasının (SSC) iclasını çağırır.
Musavat.com xəbər verir ki, məlumatı prezidentin mıtbuat xidməti yayıb.
Bildirilir ki, iclasda Şura üzvləri informasiya manipulyasiyası və seçki prosesinə xaricdən müdaxilə ilə mübarizə tədbirlərini müzakirə edəcəklər. Qeyd olunub ki, iclasdan sonra Sandu detalları təqdim etmək üçün mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, sentyabrda baş tutacaq parlament seçkiləri ərəfəsində Rusiyayönümlü qüvvələr fəallaşdırılıb. Bütün ölkə boyu Moskvanın dəstəklədiyi siyasi qüvvələrin təmərküzləşməsi müşahidə olunmaqdadır. Ötən il Moldovada keçirilən prezident seçkilərində məğlub olan Rusiyayönümlü qüvvələr parlament seçkilərində revanş əldə etməyə çalışırlar. Rusiya bütün gücü ilə Moldova hakimiyyətinə qarşı təbliğat başlayıb. Ölkə daxilində Moskvaya bağlı qüvvələrə külli miqdarda vəsait axıdılır.
Musavat.com
31 Iyul 2025
30 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ