İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya onu 11 ildir AXTARIRDI - Azərbaycanda SAXLANILDI

Tacikistan vətəndaşı Tağaymurod Emomov Azərbaycanda saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Bildirilib ki, o, Rusiya ərazisinə yüzlərlə kiloqram heroinin daşınmasında ittiham olunur. Hazırda onun Rusiyaya ekstradisiya ediləcəyi gözlənilir.

“Emomov Tağaymurod xüsusilə böyük miqdarda narkotik vasitələrin dövriyyəsində ittiham olunaraq 11 ildən artıq müddətdə axtarışda olub. Hazırda onun Rusiya ərazisinə ekstradisiyası gözlənilir”, – hüquq-mühafizə orqanlarından bildirilib.

İttiham tərəfinin versiyasına görə, Emomov narkotiklərin qanunsuz dövriyyəsi sahəsində xüsusilə ağır cinayətlərin təşkilatçısıdır. O, kuryerlər şəbəkəsi vasitəsilə Rusiyaya yüzlərlə kiloqram heroin daşıyıb. Bu iş üzrə bir çox şəxslər artıq cinayət məsuliyyətinə cəlb olunub. Onlar istintaqda Emomovu təşkilatçı kimi tanıyaraq ifadə veriblər. Həmin şəxslərin bəziləri artıq azadlığa buraxılıb.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR