Onlayn ictimai-siyasi qəzet
Rusiya Qara dəniz limanlarında Qazaxıstan neftinin yüklənməsini müvəqqəti olaraq dayandırıb.
Musavat.com xəbər verir ki, rəsmi Moskva bu addımı xarici neft tankerlərinə qarşı tətbiq etdiyi yeni məhdudiyyətlərlə izah edir.
Məhdudiyyətlərin Avropa İttifaqının Rusiya Federasiyasına qarşı tətbiq etdiyi yeni sanksiyalara cavab olaraq Kremlin qərarı ilə qüvvəyə mindiyi bildirilir. Rusiya prezidenti Vladimir Putin tərəfindən təsdiqlənmiş bu məhdudiyyətlər Qərb neft daşıyıcılarına yönəlib və Qazaxıstan neftinin ixracı da bu prosesin təsirinə düşüb.
Reuters agentliyinin hesablamalarına görə, bu məhdudiyyətlər qlobal neft tədarükünün təxminən 2 faizinə təsir göstərə bilər. Bu isə dünya bazarında neft qiymətlərində artım riski, həmçinin Mərkəzi Asiya ölkələrinin ixrac strategiyalarında çətinliklər yarada bilər.
Ekspertlər bildirir ki, Qazaxıstan nefti əsasən Cənubi Avropa və Aralıq dənizi ölkələrinə məhz Rusiya limanları vasitəsilə çatdırılır. Bu yolun bağlanması həm Qazaxıstanın iqtisadiyyatına, həm də Avropa neft bazarının sabitliyinə təhdid hesab olunur.
Hazırda Qazaxıstan rəsmiləri və neft ixracatçı şirkətləri alternativ marşrutlar və diplomatik həll yolları üzərində çalışırlar.
Mövzu ilə bağlı yeni məlumatlar gəldikcə xəbər yenilənəcək.
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ