İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynaya qarşı 479 dron və raketlə hücum edib

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, iyunun 9-na keçən gecə Rusiya Ukraynaya qarşı ümumilikdə 479 pilotsuz uçuş aparatı və raket buraxıb.

Musavat.com xəbər verir ki, bunların sırasında döyüş dronları ilə yanaşı, pilotsuz imitasiya aparatları da olub.

Rusiya bu hücum zamanı dörd “Kinjal” hipersəs raketi, 10 ədəd X-101 qanadlı raketi, üç X-22, iki X-31P və bir X-35 tipli raket də atıb.

Ukraynanın hava hücumundan müdafiə qüvvələri 277 dronu, 10 X-101 raketini, dörd “Kinjal”ı, iki X-31P-ni və bir X-35 raketini zərərsizləşdirə bilib. Eyni zamanda, daha 183 dron radioelektron mübarizə vasitələri ilə sıradan çıxarılıb. İki X-22 raketi isə hədəfə çatmadan yerə düşüb.

Ukrayna tərəfi bu hücumun son aylardakı ən genişmiqyaslı hava hücumlarından biri olduğunu bildirib və Rusiyanın təzyiqləri artırmağa çalışdığını vurğulayıb. Hazırda hücum nəticəsində zərər çəkmiş bölgələrdə vəziyyət qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR