İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və Ukrayna nümayəndələrinin görüş saatı ilə bağlı AÇIQLAMA

Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirilməsi planlaşdırılan danışıqları əvvəlcədən gözlənildiyi kimi səhər saatlarında deyil, günün ikinci yarısına təxirə salınıb.

Musavat.com xəbər verir ki, bu barədə TASS agentliyinə mənbə məlumat verib.

"Müzakirələr əvvəlcədən günorta saatlarından sonra nəzərdə tutulmuşdu," – deyə mənbə bildirib.

Rusiya nümayəndə heyətinə Prezident Administrasiyasının köməkçisi Vladimir Medinski rəhbərlik edir. Heyətin tərkibində Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və Müdafiə nazirinin müavini Aleksandr Fomin yer alır.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 11-nə keçən gecə Kremldə jurnalistlər qarşısında çıxışı zamanı Ukrayna hakimiyyətinə 2022-ci ildə dayandırılan birbaşa danışıqları əvvəlcədən şərtsiz bərpa etməyi təklif edib.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

BÜTÜN XƏBƏRLƏR