Onlayn ictimai-siyasi qəzet
Rusiya Silahlı Qüvvələri bu gün Xarkov şəhərinin mərkəzinə KAB tipli idarə olunan aviasiya bombaları ilə zərbələr endirib.
Musavat.com xəbər verir ki, bu barədə şəhərin meri rəsmi açıqlama yayıb.
Onun sözlərinə görə, bombalardan biri birbaşa yaşayış binasının yaxınlığına düşüb. Nəticədə binanın fasadı tamamilə dağılıb və dağıntılar altında insanların qaldığı ehtimal olunur. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Bundan əlavə, ikinci zərbə Xarkovda yerləşən mülki bir müəssisəyə dəyib. Hadisə yerində güclü yanğın baş verib və fövqəladə xidmətlər alovun yayılmasının qarşısını almağa çalışırlar.
Eyni zamanda, Ukrayna sosial media kanalları Xerson şəhərinə də dörd idarə olunan aviasiya bombası ilə zərbə endirildiyini bildirir. Zərbələrin nəticələri barədə hələlik rəsmi məlumat verilməyib.
Hadisə bölgələrində vəziyyət son dərəcə gərgin olaraq qalır.
Musavat.com
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ