İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya yay-payız döyüş kampaniyası üçün prioritetlərini müəyyən edib-Böyük hücum

 

Rusiya 2025-ci ildə təxminən 343 min nəfəri müqaviləli hərbi xidmətə cəlb etməyi planlaşdırır. Bu rəqəm, hazırkı itkilər nəzərə alınsa belə, ilin sonuna qədər döyüşlərin intensivliyini qorumağa imkan verir.

Musavat.com xəbər verir ki, bu barədə “Qordon media” məlumat yayıb.

Rusiya ciddi zirehli texnika çatışmazlığı ilə üzləşsə də, bu boşluğu geniş şəkildə motosiklet, kvadrotsikl və baggilərlə əvəzləyib.

Ukrayna Müdafiə Qüvvələrindəki bir neçə mənbənin verdiyi məlumata əsasən, Moskva yay-payız kampaniyasının prioritetlərini artıq müəyyən edib və hərbi əməliyyatları dayandırmaq niyyətində deyil.

Mənbələrin bildirdiyinə görə, Rusiya bu kampaniya çərçivəsində iki əsas strateji məqsədə fokuslanacaq:

▪️ Birincisi – Luqansk və Donetsk vilayətlərinin inzibati sərhədləri daxilində tam ələ keçirilməsi;

▪️ İkincisi – əsasən Sumı və Xarkov vilayətlərində 15–20 kilometrlik bufer zonanın yaradılması.

Əgər bu istiqamətlərdə uğur əldə edilərsə, Rusiya növbəti mərhələdə Zaporojye və Xerson vilayətlərində yeni ərazilərin ələ keçirilməsinə yönəlik hücum planlaşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR