İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada azərbaycanlı blogerə və ailəsinə təzyiqlər: Subhan Məmmədov barəsində axtarış elan olunub

Rusiyada yaşayan tanınmış azərbaycanlı bloger Subo (əsl adı Subhan Məmmədov) rəsmi olaraq beynəlxalq axtarışa verilib.

Musavat.com xəbər verir ki, Moskva vilayət prokurorluğunun yaydığı məlumata görə, bloger vergidən yayınma və çirkli pulların yuyulmasında şübhəli bilinir.

İstintaqın versiyasına əsasən, Subhan Məmmədov 2020–2022-ci illər arasında ailə üzvləri ilə birlikdə vergidən yayınmaq məqsədilə xüsusi sxem yaradıb. Bu müddət ərzində dövlət büdcəsinə 50 milyon rubl məbləğində vergi ödənilmədiyi iddia olunur. Bildirilir ki, bu pullardan 10 milyon rubla yaxın hissə lüks avtomobillərin alınmasına yönəldilib.

Blogerin atası və qardaşı da cinayət işinə cəlb olunub. İstintaq orqanları iddia edir ki, Subhan Məmmədov Dubaya qaçdıqdan sonra qardaşı Moskvadakı bir neçə mənzilin və premium sinif avtomobillərin satışında iştirak edib, pulların izini gizlədib.

Hazırda blogerin özü beynəlxalq axtarışdadır və onu 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Ailəsinin üzvlərinə qarşı isə həbs-qətimkan tədbirləri seçilib.

Hadisə Rusiyada azərbaycanlı ictimai fiqurlara qarşı son dövrlərdə artan təzyiqlər fonunda xüsusi rezonans doğurub. Sosial şəbəkələrdə isə bu işin siyasi motivli ola biləcəyi ilə bağlı geniş müzakirələr gedir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2025

14 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR