Onlayn ictimai-siyasi qəzet
"Bəziləri düşünür ki, Rusiyada yaşayan və çalışan azərbaycanlılar yerli qanunları pozmurlarsa, problemlə üzləşmirlər. Əlbəttə, azərbaycanlıların tamamının Rusiyada sıxışdırıldığını söyləmək olmaz, işində, gücündə olan soydaşlarımızım arasında heç zaman polis zorakılığı ilə üzləşməyənlər var. Ancaq Yekaterinburqda baş verən kütləvi polis cinayəti Rusiyada yaşayan azərbaycanlıların tamamı üçün həyəcan siqnalına çevrilməlidir".
Musavat.com bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.
Politoloq xatırladıb ki, Rusiyada bu hallar getdkcə kütləvi hal alır:
"Rusiyanın böyük şəhərində bir evdə axtarış aparılmayıb, onlarla azərbaycanlının evinə soxulub, döyə-döyə polis məntəqəsinə aparıblar. Ötən il Rusiya polisi Sankt-Peterburda azərbaycanlıların toy məclisinə hücum etmiş, qonaqları yerə uzandırmışdılar. Toya qatılanlar da qanun pozmamışdılar. Rusiyada bu hallar getdkcə kütləvi hal alır. Bu səbəbdən Rusiyada özünü rahat hiss edən azərbaycanlılar düşünməsinlər ki, baş verənlərin onlara aidiyyatı yoxdur. Rusiyadakı diasporamız güclü olduğu halda, azərbaycanıların müqavimət gücü artacaq. Bu yolla qanunsuzluqlarla birgə mübarizə aparmaq mümkündür. Bu olmasa, ayrı-ayrılıqda kiçik və ya böyük biznesi olan soydaşlarımızın da qapılarını döyə bilərlər".
Xalidə Gəray
Musavat.com
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ