İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada DƏHŞƏTLİ PARTLAYIŞ: Strateji zavod dronlarla vuruldu - VİDEO

Rusiya Federasiyasının Samara vilayətində yerləşən neftkimya müəssisəsi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Musavat.com xəbər verir ki, zərbə “Novokuybışevsk Neftkimya Şirkəti” ASC-yə endirilib.

Məlumata görə, bu müəssisə Rusiyada və Şərqi Avropada qaz emalı, neftkimya və üzvi sintez sahəsində ən iri istehsalçılardan biri hesab olunur.

Xüsusilə qeyd olunur ki, sözügedən zavodun məhsulları artilleriya mərmiləri, aviabombaların və digər döyüş sursatlarının hazırlanmasında istifadə olunan geniş çeşidli partlayıcı maddələrin istehsalında tətbiq olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR