Onlayn ictimai-siyasi qəzet
Dövlət Dumasının deputatı Mixail Tarasenko öldüyü gün 11 qanun layihəsinə “səs verməyi” bacarıb.
Musavat.com BBC rus xidmətinə istinadla xəbər verir ki, iyulun 22-də keçirilən 11 səsvermədə "Vahid Rusiya"nın deputatı Mixail Tarasenko da iştirak edib. Dövlət Duması internetdə ekstremist materialların axtarışına görə cərimələr haqqında qanunu qəbul edib və elə həmin gün Tarasenkonun ölümü ilə bağlı xəbər yayılıb.
Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin deputatın ağır xəstə olduğunu deyib.
Səsvermə vərəqəsindən belə çıxır ki, “ölüm döşəyi”ndə olan Tarasenko qanun layihələrinə “səs verib”. Əslində isə o, müzakirələrdə və səsvermədə iştirak etməyib.
Bundan əvvəl də Dövlət Dumasında oxşar hallar baş verib. Xəstəliyə görə sessiyaları buraxan deputatlar vəsiqələrini həmkarlarına verirlər. Güman olunur ki, Tarasenkonun işində də belə olub.
Musavat.com
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ