İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada Ermənistanın “Spayka” şirkətinin 100 yük maşını saxlanılıb - ŞİRKƏTDƏN AÇIQLAMA

Musavat.com xəbər verir ki, Rusiyada Ermənistanın iri logistik şirkətlərindən biri olan “Spayka”ya məxsus təxminən 100 yük maşınının hərəkəti dayandırılıb.

Şirkətin rəhbərliyi təsdiqləyib ki, artıq bir neçə gündür onların avtomobilləri Rusiya ərazisində hərəkət edə bilmir. Məsələ ilə bağlı “Azadlıq” radiosunun erməni xidmətinə açıqlama verən “Spayka”nın inkişaf direktoru bildirib ki, hüquqşünaslar hazırda Rusiyada işləyir və hadisənin səbəblərini araşdırmağa çalışırlar:

“Bizə rəsmi olaraq problemin nədən ibarət olduğu bildirilmir. Maşınlar saxlanıldı, lakin səbəb izah olunmadı. Hansı məkanda idilərsə, orada hərəkətləri dayandırıldı”, – deyə nümayəndə bildirib.

Şirkət vurğulayıb ki, fəaliyyət göstərdiyi illər ərzində belə bir problem ilk dəfədir baş verir. Hazırda tez xarab olan kənd təsərrüfatı məhsullarının daşınmasına rus hüquq-mühafizə orqanları yalnız yerli nəqliyyat vasitələri ilə icazə verib, “Spayka”ya məxsus yük maşınlarının hərəkətinə isə tam qadağa qoyulub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR