İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada kuryerlərin “haram” yeməyi çatdırmaqdan imtinası – reaksiyalar

“Haram” yeməkləri çatdırmaqdan imtina edən kuryerlər işlərindən istefa verməlidir.

Musavat.com Rusiya mediasında istinadla xəbər verir ki, bunu Rusiya İctimai Palatasının və Prezident yanında millətlərarası münasibətlər şurasının üzvü Marqarita Lyanqe deyib.

"Belə bir kuryer müsəlman çatdırılma xidmətinə işə girməli və orada bütün dini qanunlara riayət etməlidir. Rusiyada dörd dini konfessiya var, hər kəs öz dini inancına görə işləsə və öz qaydalarını işəgötürənə və ya müştəriyə diktə etsəydi, bu qəribə və gülməli olardı", - Lyanq deyib.

O xatırladıb ki, Rusiya dünyəvi dövlətdir. Ictimai Palata üzvü vurğulayıb ki, işə qəbul zamanı malların çatdırılması prosesi, işçilərin dini inancları müzakirə edilməli, dini inanclar vəzifə öhdəlikləri ilə ziddiyyət təşkil etməməlidir.

Mayın 13-də məlum olub ki, Moskva kuryerləri “haram” yeməkləri çatdırmaqdan imtina etməyə başlayıblar. Çatdırılma işçilərinin İslama görə haram olan qidaları, xüsusən də donuz ətindən hazırlanmış yeməkləri çatdıra bilməyəcəklərini söylədikləri bildirilir.

Moskva vilayətinin müftisi Denis Həzrət Muxutdinov çatdırmaqdan imtina edən kuryerləri dəstəkləyib. Onun təbirincə, hətta adam adi “haram” yeməyi yemədən, sadəcə, kiməsə çatdırsa, bu, müsəlman üçün günah ola bilər. Qadağa eyni şəkildə spirtli içkilərin paylanmasında iştiraka da şamil edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

BÜTÜN XƏBƏRLƏR