İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada qəzaya uğramış təyyarənin qara qutusu açıldı

Rusiyanın Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) mütəxəssisləri iyulun 24-də Rusiyanın Amur vilayətində qəzaya uğrayan "An-24" təyyarəsinin uçuş registratorlarını tədqiq ediblər.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, "Parametr məlumatlarının daşıyıcısı olan maqnit lenti yanğın nəticəsində məhv edilib, səs yazıcısında olan məlumatlar isə qalıb. Təyyarə yerə çırpılmazdan əvvəl onun sistemlərində heç bir nasazlıq qeydə alınmayıb", - deyə DAK-ın məlumatında bildirilir.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR