Onlayn ictimai-siyasi qəzet
Ötən gecə Ukrayna Rusiyanın hərbi sənayesi üçün mühüm məmulatlar istehsal edən daha bir zavodu vurub.
Musavat.com xəbər verir ki, söhbət Çeboksarı şəhərində (Çuvaş Respublikasının paytaxtı) yerləşən VNIIR (Ümumrusiya Tədqiqat Rele Mühəndisliyi İnstitutu) zavoduna bir neçə ardıcıl zərbə endirildikdən sonra müəssisədə güclü yanğın başlayıb.
Rusiyanın VÇK-OQPU layihəsinə görə, şəhərdə bir-birinin ardınca partlayış səsləri eşidilib. Açıq mənbələrə görə, VNIIR yarımstansiyalar üçün rele mühafizəsi və avtomatlaşdırma sistemlərinin inkişafı ilə məşğuldur. 2007-ci ildə ayrı bir bölmə yaradılıb - hərbi texnika üçün elektron sistemlərin inkişafı ilə məşğul olan VNIIR-Progress.Söhbət qanadlı raketlərdə (məsələn, 9M723 “İskəndər-M”, 3M-14 “Kalibr” və s.) və PUA-larda (“Orlan-10” və buna bənzər) istifadə olunan “Kometa”/“Kometa-M” müdaxiləyə davamlı naviqasiya modullarının istehsalından gedir.
Zavod birbaşa Çeboksarıda, VNIIR-in əsas müəssisəsindən təxminən 4 kilometr məsafədə yerləşir. 2023-cü ildə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə görə beynəlxalq sanksiyalara məruz qalıb.
Çuvaş Respublikasının rəhbəri Oleq Nikolayev Telegram hesabında zavodun vurulduğunu təsdiqləyərək ona 2 drona zərbəsi endirildiyini yazıb.
Xatırladaq ki, iyunun 8-nə keçən gecə pilotsuz təyyarələr Tula vilayətinin Novomoskovsk şəhərindəki “Azot” kimya zavoduna iki həftə ərzində ikinci dəfə hücum edərək yanğına səbəb olub.
Reuters-in məlumatına görə, bu zavod Nijni Novqorod vilayətindəki Sverdlov zavodunu azot turşusu ilə təmin edir, ondan oktogen və heksogen əldə olunur, onlar isə öz növbəsində artilleriya mərmiləri üçün istifadə olunur.
Dronlar daha əvvəl Dubna şəhərindəki Kronştadt zavodunu da vurmuşdu. Bu müəssisə Rusiya ordusu üçün hücum PUA-larının istehsalı ilə məşğuldur.
Musavat.com
09 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ