Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Kazan, Nijni Novqorod, Saratov və Tambov şəhərlərindəki hava limanları uçuşların təhlükəsizliyini təmin etmək üçün müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir.
Bu barədə Publika.az Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
"Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Kazan, Nijni Novqorod (Strigino), Saratov (Qaqarin), Tambov (Donskoye) hava limanlarında onların qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Hava limanları müvəqqəti olaraq uçuşları qəbul etmir və göndərmir", - məlumatda deyilir.
Bu gecə Rusiya qüvvələri növbəti dəfə Ukraynanın şəhər və qəsəbələrinə irimiqyaslı PUA hücumu həyata keçirir, səmadakı təhlükəli hədəflər hava hücumundan müdafiə vasitələri ilə vurulur.
Bu barədə Ukrayna SQ-nin Hərbi Hava Qüvvələri Komandanlığının məlumatında deyilir.
Xəbərdarlıqda bildirilir ki, dron qrupları Bryansk və Kursk istiqamətindən Suma daxil olur.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi ekspert Azər Həsrətdir. Müzakirədə tamaşaçılaırmız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/@musavattv
09 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ