Onlayn ictimai-siyasi qəzet
Şənbə günü, iyunun 7-də Ukrayna Silahlı Qüvvələri Rusiyanın Nijni Novqorod vilayətində yerləşən bitum zavoduna zərbələr endirib.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Nijni Novqorod vilayətinin Kstovo şəhərinin sənaye zonasında yanğın söndürülür. Hazırda bitum çənləri yanır, 100 kvadratmetr əraziyə bitum dağılıb”.
İlkin məlumata görə, pilotsuz uçuş aparatının zərbəsindən sonra müəssisənin ərazisində yanacaq anbarı alışıb. Şəhərin üzərində qara tüstü qalxıb.
Rusiya KİV-lərinin məlumatına görə, yanğın təxminən 100 kvadratmetrlik ərazini əhatə edir və alovun qonşu rezervuarlara yayılma riski davam edir.
Musavat.com
08 Iyun 2025
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ