Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan Samvel Karapetyanı şəxsi ambisiyalarına görə bilərəkdən təcrid edib.
Musavat.com xəbər verir ki, bu iddia ilə Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan TASS-a müsahibəsində çıxış edib. Onun sözlərinə görə, məqsəd Rusiyanın adamının 2026-cı ildə keçiriləcək parlament seçkilərində hər hansı formatda iştirakının qarşısını almaqdır: "Samvel Karapetyan nüfuzlu adamdır, onun pulu var və o kimisə dəstəkləyə bilərdi. Məncə, Paşinyan onu bilərəkdən uzaqlaşdırıb. Bütün bunlar onun 2026-cı ildə keçiriləcək seçkilər öncəsi şəxsi ambisiyaları ilə bağlıdır".
Rusiya Erməniləri İttifaqının prezidenti qeyd edib ki, Karapetyan həbsxanaya düşmək üçün qanunsuz heç nə etməyib və həbs olunana qədər heç vaxt siyasətlə məşğul olmayıb, hakimiyyət əleyhinə çıxış etməyib.
Abramyanın sözlərinə görə, Ermənistanın baş nazirinin Karapetyana və onun biznesinə qarşı başlatdığı kampaniya qanunsuz və müvəqqəti xarakter daşıyır, sadəcə olaraq xalqı qorxutmaq və “başqa insanlara onun üçün qırmızı xətlərin olmadığı barədə siqnallar vermək” məqsədi daşıyır. Abramyanın fikrincə, Paşinyan sadəcə olaraq Karapetyanı yaranmış məsələləri müzakirə etməyə dəvət edə bilərdi, amma bunun əvəzinə baş nazir parlament çoxluğundan istifadə edir və “nə istəyirsə, edir”.
Musavat.com
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ