Onlayn ictimai-siyasi qəzet
“Rusiya Kommunistləri” partiyası baş nazir Mixail Mişustinə Rusiyaya düşmən olan ölkələrin mətbəxini təqdim edən iaşə obyektlərinə xüsusi vergi tətbiq etməyi təklif etmək niyyətindədir. “Abzas” nəşrinə müsahibəsində partiyanın sədri Sergey Malinkoviç deyib.
"Rusiyaya düşmən olan ölkələrin mətbəxini təbliğ etmək düzgün deyil. Bu ölkələr rus mətbəxi restoranlarını inkişaf etdirməyə kömək etmirlər. Belə restoranlar faktiki olaraq həmin ölkələrdə yoxdur", - Malinkoviç hesab edir. Bundan əlavə, Malinkoviç Azərbaycan və Türkiyə yeməkləri təqdim edən kafelərin xüsusi vergiyə cəlb edilməsi ilə bağlı müzakirələrin aparılmasına çağırır.
Rusiya Dumasında da azərbaycanlılara qarşı repressiyaları qızışdırmağa yönələn bəyanatlar çoxalır. Rusiya Dövlət Dumasının deputatı, “Ədalətli Rusiya” partiyasının sədri Sergey Mironov sosial şəbəkədə yazıb ki, Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu məhz onun rəsmi müraciəti əsasında saxlanılıb.
Mironov həmçinin bildirib ki, müraciətinin əsas mövzusu – bütün Azərbaycan diasporunun yoxlanılmasıdır. Bu sıraya Moskvanın ən böyük “Sadovod” və “Food City” bazarlarının (azərbaycan əsilli rusiyalı milyarder Qod Nisanova məxsusdur) yoxlanılması da daxildir. Mironov deyib ki, hazırda aparılamalı olan yoxlamaların nəticələrini gözləyir.
Xatırladaq ki, dünən Yekaterinburq məhkəməsi şəhərdəki Azərbaycan diasporunun rəhbərinin oğlu və vəkil Mütvalı Şıxlinskini sentyabrın 14-dək həbs edib. O, Mercedes-Benz G-Class (Gelendvagen) markalı avtomobillə xüsusi təyinatlı əsgəri vurmaqda ittiham olunur. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə saxlanılıb.
Ötən gün Moskvada Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskiyə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə cinayət işi açılıb.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi Azad Vətən Partiyasının sədri Akif Nağı ilə müzakirə edir.
19 Iyul 2025
18 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ