İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq UEFA prezidentinin evi soyuldu: Kuboklar, medallar...

Fransanın cənubundakı Buş-du-Ron bölgəsində üçqat "Qızıl top" sahibi, UEFA-nın keçmiş prezidenti Mişel Platininin evi qarət edilib.

Musavat.com xəbər verir ki, məlumatı BFMTV yayıb.

Bildirilir ki, evdən iyirmiyə yaxın əşya, o cümlədən kubok və medallar oğurlanıb.

Qeyd olunur ki, oğurluq iyulun 18-də səhər saatlarında baş verib. Platini özü bildirib ki, malikanəsinin bağçasında səs-küydən oyanıb, bundan sonra qaçaraq uzaqlaşan qara paltarlı, kapüşonlu adam görüb.

Nəşr Platininin evində oğurluq əlamətləri gördüyünü paylaşıb. Xüsusilə quldurlar futbol ulduzunun idman kuboklarını saxladığı əlavədən əşyalar götürüblər.

Marsel prokurorluğu ağır quldurluq faktı ilə bağlı artıq istintaqa başlanıldığını təsdiqləyib. Dəymiş ziyanın ümumi məbləği hələlik hesablanmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2025

18 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR