İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın üç bölgəsində hava limanı və müdafiə müəssisələri vuruldu – 174 PUA məhv edildi

Ötən gecə Rusiya ərazisində bir neçə genişmiqyaslı dron hücumu qeydə alınıb.

Musavat.com xəbər verir ki, üç ayrı regionda – Bryansk, Saratov və Tambov vilayətlərində hava limanı, neft bazası və müdafiə təyinatlı zavod hücuma məruz qalıb.

Bryanskda hava limanı yaxınlığında güclü partlayış baş verib, ardınca bir neçə ikinci dərəcəli partlayış qeydə alınıb. Yerli mediaya görə, dron vertolyota zərbə endirib, onun içindəki sursatlar detonasiya edib. Regionun qubernatoru Aleksandr Boqomaz hava limanına hücum haqda danışmaqdan imtina etsə də, gecə ərzində 46 pilotsuz uçuş aparatının PUA müdafiə sistemləri tərəfindən vurulduğunu bildirib.

Saratov vilayətinin Engels şəhərində yerləşən “Kombinat Kristall” neft bazasında güclü yanğın olub. Bu obyekt “Engels-2” hərbi aerodromuna yanacaqla təminat göstərir. Vilayət rəhbəri Roman Busargin insidentin baş verdiyini təsdiqləyib. Eyni zamanda, PUA zərbələrindən biri çoxmənzilli yaşayış binasına da düşüb, xəsarət alan olmayıb.

Tambov vilayətinin Miçurinsk şəhərində isə “Proqress” zavodu hədəf alınıb. Bu müəssisə yüksək texnologiyalı aviasiya və raket idarəetmə sistemlərinin istehsalı ilə məşğuldur. Gecə saatlarında bir neçə partlayış qeydə alınıb, daha sonra ərazidə yanğın və tüstü müşahidə olunub. Vilayət rəhbəri Yevgeni Pervışov hücum nəticəsində üç nəfərin xəsarət aldığını, onlardan ikisinin xəstəxanaya yerləşdirildiyini bildirib.

Moskva meri Sergey Sobyanin paytaxt yaxınlığında 10 pilotsuz uçuş aparatının hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi isə ümumilikdə 174 dronun Bryansk, Rostov, Saratov, Voronej, Kaluj, Kursk, Orlov, Ryazan, Tula, Belqorod, Tambov vilayətləri, Moskva regionu və Krım ərazisi üzərində vurulduğunu bildirib. Bundan başqa, Qara dəniz üzərində “Neptun-MD” tipli üç idarə olunan raket də məhv edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR