İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Xarkova hücumu nəticəsində xəsarət alanlar var

Şənbə gününə keçən gecə Rusiya Silahlı Qüvvələrinin Xarkova idarə olunan aviasiya bombaları, ballistik raketlər və dronlarla hücumu nəticəsində beş nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov sosial şəbəkələrdə yazıb.

"Beş nəfər xəsarət alıb. Onlardan üçü xilasedicidir", - o qeyd edib.

"Endirilən 20-dən çox zərbə nəticəsində çoxmərtəbəli yaşayış binaları, mülki müəssisə, yollar, kontakt şəbəkəsi zədələnib. Səhər saatlarına olan vəziyyətə görə, Kiyevski rayonunda baş vermiş 7 yanğının söndürülməsi davam edir", - İ.Terexov bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2025

26 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR