Onlayn ictimai-siyasi qəzet
Rusiya hava hücumundan müdafiə sistemləri Rostov və Bryansk vilayətləri, eləcə də Rusiyanın nəzarətində olan Krım üzərində bir neçə hava hədəfini, o cümlədən pilotsuz uçan aparatı (PUA) məhv edib.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qurumun açıqlamasında qeyd olunur ki, iyulun 26-sı saat 22:50-dən iyulun 27-si saat 01:00-dək (Bakı vaxtı ilə) növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 12 ədəd təyyarə tipli PUA-nı zərərsizləşdirib.
Onlardan 8-i Rostov vilayəti, 2-si Bryansk vilayəti, digərləri isə Krım ərazisi üzərində məhv edilib.
Hadisə ilə bağlı Lipetsk vilayətində hava hücumu xəbərdarlığı elan olunub. Regionun qubernatoru İqor Artamonov bu addımın PUA-ların mümkün hücumu ilə bağlı atıldığını bildirib.
Oxşar xəbərdarlıq Voronej vilayətində də verilib. Qubernator Aleksandr Qusev sakinləri təmkinli olmağa, küçəyə çıxmamağa və pəncərələrdən uzaq durmağa çağırıb. O, bölgədə hava hücumundan müdafiə qüvvələrinin tam döyüş hazırlığında olduğunu vurğulayıb.
Bundan əlavə, “Rosaviatsia” Volqoqrad hava limanında müvəqqəti olaraq təyyarələrin qəbulu və buraxılışına məhdudiyyət tətbiq edildiyini açıqlayıb.
Musavat.com
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ